Qadin.NET / Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi

Azərbaycanda daha 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər vəfat etdi


Azərbaycan Respublikasında 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 
Operativ Qəragahdan daxil olan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalmış, 39 nəfər vəfat etmiş, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb
17 may 2020
GO BACK