Məşhur model avtobioqrafik kitab yazır
Dünyaca məşhur model Emili Ratajkovski avtobioqrafik kitab üzərində çalışır.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə 28 yaşlı model “GQ” jurnalına müsahibəsi zamanı deyib.
Uzun müddətdir bunu etmək istəyən Emili karantin günlərinin onun üçün fürsət olduğunu bildirib.
Kitabda ulduzun modellik və biznes uğurlarından da bəhs olunacaq.
Qeyd edək ki, Emili 2017-ci ildə geyim sektoruna daxil olaraq şəxsi brendini yaradıb
17 may 2020
GO BACK