Avropa Yayım Birliyi (AYB) “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ötən gecə “İctimai Televiziya”nın canlı efirində yayımlanan “Europe Shine A Light” möhtəşəm mahnı şousu zamanı xəbər verilib.
Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021” loqotipi ilə gələn ilin videoçarxını nümayiş etdiriblər.
Qeyd edək ki, “Avroviziya 2020”nin martın 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunduğu elan edilib. Müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi.
Bir neçə həftədən sonra təşkilatçılar iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqda məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.