Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Dünyaca məşhur müğənni Castin Biberin həyat yoldaşı Heyli Biberlə bağlı etdiyi paylaşım diqqət çəkib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, İnstaqramda Heylini öpərkən çəkilən fotosunu paylaşaraq ona təriflər yağdırıb:
“Əziz Heyli, hazırda yanımda yatmısan, öz-özümə fikirləşirəm ki, necə bu qədər müqəddəsləşdirilmişəm? Sadəsən, sevincin və böyük arzun məni göylərə qaldırır. Həyat yoldaşın olduğum üçün qürur duyuram. Səni həyatımın hər günü sevəcəyimə söz verirəm. Gecən xeyrə, Heyli. Ümid edirəm ki, səhər bunu oxuyar və gülümsəyərsən. Sən mənim sonsuzluğumsan”.
Sözügedən paylaşım 4,5 milyondan çox “like” toplayıb. Fotoya 38 mindən çox şərh yazılıb.
16 may 2020
GO BACK