Qadin.NET / Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?

Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?


Koronavirus bir çox insanın qidalanma rejimi dəyişdirib! Pandemiyanın yayılması nəticəsində dünya əhalisinin daha çox meyvə-tərəvəzə üstünlük verdiyi, hazır yeməklərdən imtina etdiyi, o cümlədən daha az qida israf etdiyi məlum olub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Belçikadakı Antverpen Universitetində Şarlotte De Beykerin rəhbərliyi ilə 11 ölkədə bu mövzuda araşdırma aparılıb. Araşdırmada 11 minə yaxın insan iştirak edib. Tədqiqatın nəticələri göstərib ki, yeni növ koronavirus səbəbiylə elan edilmiş karantin rejimində insanların çoxu evində yeni yemək reseptlərini sınaqdan keçirib və daha az yemək atılıb. Eyni zaman iştirakçılar sağlam qidalanmağa başladığını və daha çox meyvə-tərəvəz aldığını bildirib.
Avstraliya, Belçika, Çili, Uqanda, Hollandiya, Fransa, Avstriya, Yunanıstan, Kanada, Braziliya və İrlandiyada aparılan araşdırmada müştərilərin az duzlu və ya hazır şirniyyatlara daha az üstünlük verdiyi də ortaya çıxıb. Məsələn, Çilidə paket qidaların satışlarında böyük eniş, un və maya satışlarında ciddi artım olub. Bu dövrdə ət, balıq və spirtli içki istehlakında isə ciddi bir dəyişiklik müşahidə olunmayıb. Ümumilikdə 25 ölkəni əhatə edən tədqiqatın yekun nəticələrinin iyunun sonunda yayımlanacağı gözlənilir.
“Karantin rejimində insanlar daha sağlam yemək yeyir, öz yeməklərini bişirir, daha çox tərəvəz və meyvə istehlak edirlər. Əgər alış-veriş siyahınız varsa, yeməyinizi əvvəlcədən planlaşdırmısınızsa, bu siyahıya zərərli qidalar əlavə etmək şansınız azdır” , - deyə Şarlotte De Beyker açıqlamasında bildirib.
16 may 2020
GO BACK