Qadin.NET / İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı

İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı


Türkiyəli müğənni İrəm Derici evliliyin formulunu açıqlayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi verilişlərin birində atası Hulisi Dericinin ona izah etdiyi, evlilikdə 4 öpüş qaydasından danışıb:
"1-ci əldən öpmək-hörməti, 2-ci alından öpmək-qayğını, 3-cü yanaqdan öpmək-dostluğu, 4-cü isə dodaqdan öpmək-sevgini göstərir. Bunlardan birini itirsən mübahisələr başlayır. Hər zaman ilk olaraq dördüncünü itirirsən".
O, aparıcının "İki il Rıza Esendemir ilə evli qaldınız. İlk hansını sən itirdin" sualına isə belə cavab verib:
"İlk hörmət getdi, onsuzda heç yox idi. Biz heç ikinci öpüşə de çatmamışıq".
16 may 2020
GO BACK