Qadin.NET / TƏBİB sədrindən koronavirusla bağlı qorxulu PROQNOZ

TƏBİB sədrindən koronavirusla bağlı qorxulu PROQNOZ


“Bütün dünya ölkələri əhalini sərt karantin rejimindən çox, bu virusla birgə yaşamağa alışdırır”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki,  bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, biz virusla birgə yaşamalıyıq:
“Bütün tədbirlərə baxmayaraq, virus bizimlə qalacaq. Yaxın bir il ərzində vaksinin əldə edilməsi gözlənilmir. Antivirus dərman da yoxdur. Bu baxımdan, biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.
15 may 2020
GO BACK