Qadin.NET / Karantin rejiminin nə vaxtadək davam edəcəyi açıqlandı - RƏSMİ

Karantin rejiminin nə vaxtadək davam edəcəyi açıqlandı - RƏSMİ


“Bu ilin sonuna qədər ölkədə elan edilən karantin rejimi davam edəcək”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, xüsusi karantin və gələcəkdə yumşaldılmış rejim adlandıracağımız dövr var:
“Ola bilsin ki, xüsusi karantin rejimindən tez çıxdıq. Bizim tibbi, maddi-texniki imkanlarımız xəstələrin vaxtında aşkar olunmasına və müalicəsinə adekvatdır”.
“Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılma prosesi vətəndaşların sosial məsuliyyətindən asılı olacaq”, - deyə sədr bildirib.
15 may 2020
GO BACK