Qadin.NET / Azərbaycanda bayram günləri və həftəsonları məhdudiyyətlər olacaq? - AÇIQLAMA

Azərbaycanda bayram günləri və həftəsonları məhdudiyyətlər olacaq? - AÇIQLAMA


“Bayram günləri və həftəsonları məhdudiyyətlərin olması barədə müzakirələr gedir”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, əvvəlki yaşayış tərzimizə, həyatımıza qayıdacağımız barədə düşünməməliyik:
“Hələ uzun müddət qaydalara riayət etməliyik. Kontrollu sosial həyat əsas devizimiz olmalıdır. Tibbi maska və sosial məsafənin gözlənilməsinə əməl olunmalıdır”
15 may 2020
GO BACK