Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
“Hazırda ölkədə ikinci dalğa yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizdə isə daha ağır simptomlar qeydə alınıb:
“Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4.5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib. Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”
15 may 2020
GO BACK