İlon Mask 7 evini birdən satır-SƏBƏB
38 milyard dollarlıq sərvəti olan İlon Mask 1 mayda yazdığı tvitlə bütün maddi varlıqlarını satışa çıxaracağını söyləyəndən sonra sözünə əməl etməyə başlayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, yeddi evindən “qurtulmaq” qərarı alan İlon Los Ancelesdəki 4 mülkü üçün 62,5 milyon dollar, Bel Air ərazisindəki iki malikanəsi üçün isə 39,5 milyon, Hillsboroydakı evi üçün isə 35 milyon dollar pul tələb edir.
Mask Hillsboroydakı evini 23,3 milyon dollara 2017-ci ildə satın alıb. Burada 10 yataq otağı və 10 hamam var. Evin hovuzu, məclis otağı və səkkiz maşınlıq qarajı var.
Bel Airdəki evi üçün isə milyarder 2012-ci ildə 17 milyon dollarından keçməli olub. 6 yataq otağı, 11 hamamı, ikimərtəbəli kitabxanası, üzgüçülük hovuzu, tennis üçün sahəsi olan evin qiyməti indi 30 milyon dollardır. Bundan başqa, evin idman zalı, beş maşınlıq qarajı və bpyük deposu var.
Bu ərazidəki ikinci ev mərhum aktyor Cin Vaylderə məxsus idi. Beş yataq otağı və beş hamamı olan evin satış qiyməti 9,5 milyon dollardır. Maska bu evi 2-13-cü ildə 6,75 milyon dollara alıb.
Milyader son 8 ildə aldığı evlərə 100 milyon dollardan çox pul ödəyib. O bildirib ki, evlərini maddi səbəblərə görə satmır
15 may 2020
GO BACK