Qadin.NET / Heyli Bolduin Castin Biberdən şikayət etdi

Heyli Bolduin Castin Biberdən şikayət etdi


Dünyaca məşhur müğənni Castin Biberin arvadı, model Heyli Bolduin əri ilə bağlı gözlənilməz etiraf edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı Heyli “Facebook”da yayımlanan “Ər-arvadın şousu” sənədli filmində danışıb.
O, ötən il ailə həyatı qurduğu Castindən artıq bezdiyini bildirib.
Karantin müddətini birlikdə keçirən cütlük evin içində oturmaqdan artıq sıxılıdığını, başqa işlərlə məşğul ola bilməməkdən biri-birini incitdiyini qeyd edib.
Qeyd edək ki, Castin və Heyli hazırda Torontodakı evlərində yaşayırlar. Onların toyu ötən ilin sentyabrında olub

15 may 2020
GO BACK