“Mayın 31-dən sonra karantin rejiminin uzadılması barədə fikir söyləmək tezdir”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilərək qərar verilməsi vacibdir:
“Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi mümkündür”