Qadin.NET / Azərbaycanlı həkimdən ev heyvanları saxlayan şəxslərə XƏBƏRDARLIQ

Azərbaycanlı həkimdən ev heyvanları saxlayan şəxslərə XƏBƏRDARLIQ

Azərbaycanlı həkimdən ev heyvanları saxlayan şəxslərə XƏBƏRDARLIQ


“Pandemiya şəraitində ev heyvanları saxlayan şəxslər ehtiyatlı olmalıdırlar”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, İspaniyada aparılan tədqiqatlar it və pişiklərin COVID-19 daşıyıcısı ola bildiyini göstərib:

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ev heyvanları ilə sıx təması tövsiyə etmir. Ev heyvanları, xüsusilə it və pişik saxlayan şəxslər o heyvanların koronavirusa yoluxa bildiyini nəzərə almalıdırlar. Bu səbəbdən pandemiya dövründə pişik və it saxlayan şəxslərin yoluxma riskini nəzərə almaları, heyvanları küçəyə çıxarmamaları və sıx ünsiyyətdən maksimum yayınmaları məsqədəuyğundur”.

13 may 2020
GO BACK