Qadin.NET / Ekspert: “Bu hallar virusa yoluxmanı artıra bilər”

Ekspert: “Bu hallar virusa yoluxmanı artıra bilər”

Ekspert: “Bu hallar virusa yoluxmanı artıra bilər”


“Çiy kolbasa və sosiskaların uşaqlara verilməsi düzgün deyil”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

O bildirib ki, kolbasa və sosiska məhsullarının böyük əksəriyyəti termiki emaldan keçirildiyi üçün demək olar ki, çiy olmur:

“Termiki emaldan keçirilmiş kolbasa və sosiska məhsullarını bişirmədən, sadəcə, qızdırıb istehlak etmək mümkündür. Lakin əgər məhsullar çiydirsə, təbii ki, onları bişirmədən istehlak etmək sağlamlığa ziyandır. Pandemiya dövründə bu məqamlara xüsusi diqqət yetirilməlidir. Çünki bu hallar virusa yoluxmanı artıra bilər. Uşaqların kolbasa və sosiska kimi yarımfabrikat məhsullarından istifadə edilməsi məqsədəuyğun deyil”.

13 may 2020
GO BACK