Türkiyəli aktrisa Hande Erçel “Hello” jurnalına müsahibəsi zamanı karantin günlərindəki məşğuliyyətlərindən danışıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktrisalıqla yanaşı rəsm çəkmək bacarığı da olan H.Erçel xərçənglə mübarizə aparan uşaqlara dəstək olmaq üçün yeni əsərlər çəkdiyini bildirib.
O, karantin zamanı çox şey öyrəndiyini söyləyib:
“Dünya dəyişir. Hər dəyişiklik fədakarlıq tələb edir. Yenilikləri qəbul etmək və çətinliklərlə mübarizə aparmaq lazımdır. Bu sərtliyin arxasınca ümidlərinə qovuşmağı düşünmək böyük həzz verir. Yeni həyatımıza danışacaq çox şeyim var”.