“Alatoranlıq” filmindəki rolu ilə məşhurlaşan Hollivud ulduzu Robert Pattison dəbdəbəli “GQ” jurnalının iyun-iyul buraxılışının siması olub.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, gözəlliyi və xarizması ilə xanım izləyicilərinin ağlını başından alan sənətçi şəkillərini özü çəkib.
Karantini evdə keçirən Robert güzgü qarşısına keçərək, fotoaparatla selfi çəkib. Yeni tərzdə görkəmi ilə maraq doğuran məşhur aktyorun fotoları jurnalın üz qabığında yer alıb.
Karantində hamının çəki aldığı dövrdə Pattisonun arıqlaması diqqət çəkib. Bədən quruluşuna diqqətlə yanaşan məşhur aktyor balanslaşdırılmış qidalarla yanaşı, konserv və tez hazırlanan yeməklərə dadandığını söyləyib. O, karantin müddətində özünəməxsus pəhriz hamburgeri icad etdiyini bildirib.
Müsahibə verdiyi vaxt 5-6 fincan qəhvə içərək, dəfələrlə aqressiya nümayiş etdirmiş Robert yaşının üstünə yaş gəldiyindən, sakitləşdiyini deyib.