61 yaşlı Madonna sosial media hesabında paylaşdığı açıq-saçıq fotoları ilə gündəmə gəlib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, qara, güpürlə bəzədilmiş alt geyimində “selfi” çəkdirən sənətçi dizindən keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.
“Nəhayət, dizimdən keçirdiyim əməliyyatdan sonra müalicə alacağam. Səkkiz aylıq ağrılardan sonra hoppanıb-düşmək istəyirəm. Mənə uğurlar arzu edin!”, - deyə Madonna yazıb.
Hamamda çəkilən yeni şəkillərdən birində müğənni ombalarını nümayiş etdirib. Madonna bununla qluteoplastika etdirdiyi şayiələrinin doğruluğuna işarə vurub.
Pop ulduz dizindən keçirdiyi əməliyyat səbəbi ilə “Madame X” turu çərçivəsində bir neçə konsertini ləğv etmək məcburiyyətində qalıb. Bu ərəfələrdə isə ulduz, ümumiyyətlə, sağlamlığında ciddi problemlərlə üzləşib. Belə ki, sənətçi konsert turu çərçivəsində koronavirusa yoluxub. Müğənninin özünü yaxşı hiss etdiyi bildirilib.