Qadin.NET / Valeri Meladze məhkəməlik oldu- SƏBƏB

Valeri Meladze məhkəməlik oldu- SƏBƏB

Valeri Meladze məhkəməlik oldu- SƏBƏB


Moskva məhkəməsi park etməyə görə yazılan cəriməni ödəməyən Rusiyanın məşhur müğənnisi Valeri Meladze haqqında qərar çıxarıb.

Qadin.Net bildirir ki, “RİA Novosti” agentliyi xəbər verir ki, V.Meladze 2019-cu ilin avqust ayının sonunda avtomobil parklanmasına görə yazılan beş min rubl (115 manat) cəriməni ödəməyib.

Sənətçi bu səbəbdən məhkəmənin qərarı ilə 10 min rubl (321 manat) cərimə olunub.

Qeyd edək ki, V.Meladze avtomobilini ödənişli dayanacaqda saxlasa da, pul ödəməkdən imtina etmişdi.

13 may 2020
GO BACK