ABŞ-da koronavirus epidemiyasından ən çox zərər görən şəhər olan Nyu-Yorkda minlərlə pasiyentin ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
Qadin.Net bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) martın 11-dən mayın 2-nə qədər Nyu-Yorkda olan ölüm faktlarını araşdırıb.
Mərkəz araşdırma zamanı həmin müddət ərzində 18 879 ölümdən 13 831-nin birbaşa və ya dolayı yolla koronavirusla bağlı olduğunu bildirib. Yerdə qalan 5 293 ölümün səbəbi isə aydın deyil. Bununla bağlı tədqiqata başlanılıb.
Qeyd edək ki, Nyu-Yorkda 345 987 yoluxma halı qeydə alınıb. İndiyə qədər şəhərdə 26 874 nəfər bu xəstəlikdən ölüb.