Qadin.NET / Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandı

Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandı

Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandı


Koronavirusa qalib gəlmiş Çinin Uhan şəhərində bu infeksiyaya yeni yoluxma halları müəyyən edilib.

Qadin.Net bildirir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Çinin Səhiyyə Nazirliyinin əyalət komitəsi xəbər yayıb.

Bildirilir ki, yeni yoluxma üç apreldən bəri ilk dəfə qeydə alınıb.

Beləliklə, Uhan şəhərində koronavirusa yoluxanların sayı altı nəfərə çatıb.

Epidemiya dövründə Uhanda koronavirusa 50 334 yoluxma halı qeydə alınıb. Ümumilikdə, şəhərdə koronavirusa yoluxmuş 46 464 nəfər sağalıb, 3869 nəfər isə ölüb.

11 may 2020
GO BACK