Hülya Avşar illər sonra aktrisa Meltem Cumbulu qısqandığını etiraf edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, İstanbul Film Akademiyasının internet üzərindən reallaşan canlı yayımına qatılan Avşar "Gönül Yarası" filminə çəkilmək üçün ilk təklifin ona gəldiyini deyib.
56 yaşlı müğənni və aktrisa bildirib ki, Meltem Cumbulun "Gönül Yarası"ndakı rolunu çox qısqanıb:
"Yavuz Turgulla illər öncə danışmışdım. Sonra məni "Gönül Yarası" üçün axtardı. Meltem Cumbul rolunun öhdəsindən çox yaxşı gəlmişdi".