Rusiyanın məşhur "Oryol i Reşka" verilişinin aparıcısı, aktrisa Mariya İvakova koronavirusa yoluxub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə İnstaqram səhifəsində məlumat verib:
“COVİD-19 testlərim müsbət nəticə verdi. Yaxşı xəbər budur ki, qızdırmam yoxdur. Simptomlardan yalnız əzələ ağrısı və iybilmə qabiliyyətinin itməsini müşahidə etdim. Müalicəmi evdə edirəm. Həkimimdən məsləhətlər almışam, çox su içir, yatır və müsbət düşünürəm. Virusa necə yoluxduğumu isə bilmirəm”.