Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı mayın 8-da “Atletlər kəndi”ndəki karantin mərkəzinə xeyli sayda insanın gətirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Qadin.Net oxu.az-a istinadən bildirir ki, sədr jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslərin əksəriyyəti xarici ölkədən gətirilən vətəndaşlardır:
“Həmin karantin mərkəzinə daxildə olan müəyyən qrupları da yerləşdiririk. Məsələn, tibb işçiləri də işlərini bitirdikdən sonra evə buraxılmadan əvvəl orada 14 gün karantində saxlanılır. Orada, həmçinin, işə göndəriləcək neftçilər də karantində saxlanılır”.
“Başqa sahələr üzrə çalışan şəxslər də orada müayinədən keçirildikdən sonra evə və ya işə buraxılır. Həmin karantin məntəqəsində, əsasən, xaricdən gələn vətəndaşlarımız yerləşdirilir”, - o qeyd edib