Dünyaca məşhur dizayner Viktoriya Bekhem həyat yoldaşı Devid Bekhemin xəyanətinə görə özünə qəsd etmək istəyib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə dizayner Britaniya nəşrlərinin birinə müsahibəsində danışıb.
Hadisə cütlüyün münasibətinin əvvəlində, Viktoriyanın ilk hamiləlik dönəmlərində olub:
“Bir gün Devid mənə zəng etdi. Həmin vaxt “Sipce Girls” qrupu ilə birlikdə konsert turuna çıxmışdıq. Telefonda danışanda mənə dedi ki, onun başqa bir xanımla öpüşməsi barədə şayiələr yayılıb. Şok yaşadım, çox pis olmuşdum. Bunu aydınlaşdırmaq üçün görüşəndə ona zərbə vurdum, hətta özümü öldürmək haqda da düşünürdüm. İtaliyadakı Komo gölünə getdik və problemi həll etdik”