Koronavirusu dünyaya "ixrac" edən Çin indi satdığı sağlamlıq vasitələri ilə beynəlxalq qalmaqala səbəb olub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Kanadanın Çindən aldığı N95 tipli 11 milyon maskanın 8 milyonunun standartlara cavab vermədiyi aydın olub.
Kanadanın Kvebek əyalətinin Satınalma naziri Anita Anand 11 milyon maskanın təxminən 1 milyonunun standartlara cavab verə biləcəyini, 8 milyonunun istifadə üçün yararlı olmadığını deyib.
Qalan maskaların test mərhələsində olduğunu vurğulayan Anand 8 milyon standarta uyğun olmayan maskaların başqa şəkildə qiymətləndiriləcəyini qeyd edib.
Digər tərəfdən, Kanada mətbuatı da Çindən gətirilən 1 milyon N95 tipli maskanın zay çıxdığınə bildirib.
Federal hökumət, ölkədəki tədarükçülər vasitəsilə cəmi 135 milyon maska ​​üçün müqavilələr bağlamışdı. Kanada virus yayılandan bəri 33 milyondan çox tibbi maska alıb