Qadin.NET / TƏBİB sədri: “Bu göstərişlərə əməl olunmalıdır”

TƏBİB sədri: “Bu göstərişlərə əməl olunmalıdır”

TƏBİB sədri: “Bu göstərişlərə əməl olunmalıdır”


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı valideynlərə müraciət edib.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, o, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə keçiriləcək imtahanlar zamanı əməl edilməli olan metodiki göstərişlər açıqlanıb:

“Dövlət İmtahan Mərkəzi, ali məktəblər, həm də orta məktəblər imtahanlarda bu tibbi göstərişlərə əməl etməlidirlər. Şagird və valideynlər məsuliyyətli olmalıdırlar. Ali məktəblərə qəbul imtahanları keçiriləndə valideynlər imtahan binalarının qarşısına toplaşmasınlar”.

Sədr qeyd edib ki, ölkədə sərt karantin rejimindən çıxma prosesi davam etsə, turizm sektoru hazırda açıqlanan tibbi göstərişlərə ciddi əməl etməlidir.

9 may 2020
GO BACK