“Koronavirusa yoluxanların sayların artması bizim tərəfimizdən təbii qəbul olunur”. Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.Onun sözlırinə görə, sərt karantin rejimindən çıxdıqca bu sayın artması gözlənilirdi.
“İnsanların bununla bağlı səhlənkarlığını unutmamalıyıq. “İctimai nəqliyyatda, əhalinin sıx toplaşdığı yerlərdə, marketlərdə, banklarda insanların maska taxmadığını, sosial məsafəni gözləmədiyini görürük. Nəticədə, yoluxma artır”.