Qadin.NET / Bakıda ən çox COVID-19-a yoluxma bu rayondadır - AÇIQLAMA

Bakıda ən çox COVID-19-a yoluxma bu rayondadır - AÇIQLAMA

Bakıda ən çox COVID-19-a yoluxma bu rayondadır - AÇIQLAMA


“Xaricdən idxal olunan infeksiya 9,1 faizdir”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlıərinə görə, xaricdən idxal olunan infeksiya sayının çoxluğu onların karantin rejimində qalmasının vacibliyini bir daha ortaya qoyur.

Sədr qeyd edib ki, Bakı şəhərində yoluxma 47,5 faiz, Gəncə-Qazax bölgəsində 13,6 faiz, Aran bölgəsində 10,2 faiz, Lənkəran bölgəsində 9,4 faizdir:

“Paytaxt üzrə yoluxma ən çox Yasamal rayonunda olub - 19,8 faiz. Nəsimi rayonunda yoluxma 16,7 faiz, Binəqədi rayonunda 14,3 Sabunçu rayonunda 14,8 faiz olub. Bu gün aşkar olunanların böyük hissəsi Nəsimi rayonunda olub”

9 may 2020
GO BACK