“Bugünkü koronovirusa yoluxma faktları Bakı, Gəncə şəhərləri, Yevlax, Abşeron, Kürdəmir, Ağcabədi, Tovuz və Şirvan rayonlarında aşkar edilib”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr qeyd edib ki, COVID-19-a yoluxanların əksəriyyət Bakı şəhərindəndir:
“İkinci yerdə Gəncə şəhəri, daha sonra Yevlax rayonudur”