Qadin.NET / Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ


Türkiyəli aktyor Murad Yıldırım Tvitter hesabında izləyicilərindən birinə verdiyi cavabla gündəmə gəlib. 

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyorun pərəstişkarlarından biri öz səhifəsində “Anam elə hesab edir ki, İnstaqramda izlədiyi hər şəxs onu da izləyir. Murad Yıldırım da mənim izləyicilərimdən biridir” qeydini yazıb.

Bu paylaşımı görən Yıldrımdan gözlənilməz cavab gəlib. O, “Ananızı izləmək istəyirəm. İnstaqram səhifəsini ala bilərəm?” şərhini yazıb.

Sevilən aktyor verdiyi sözə də sadiq qalıb

Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ


9 may 2020
GO BACK