Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı son sutkaya olan statistikanı açıqlayıb.
Məlumatda bildirilir ki, bu gün Azərbaycanda 5620 koronavirus testi keçirilib.
Bununla da ölkəmizdə ümumilikdə 181 530 nəfər COVID-19 testindən keçib. 2279 nəfərin test nəticəsi müsbət olub.
Reanimasiyada olan xəstə sayı 24, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.