Qadin.NET / Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər

Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər

Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər


“Əlimizdən gələni edəcəyik ki, metroya daxil olan hər kəsi yoxlaya bilməsək də, böyük əksəriyyətini yoxlayaq”.

Qadin.Net APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.Sədr müavini Hidayət Məmmədov isə metropolitendə çıxışlara məhdudiyyət qoyulması sualını şərh edib. O qeyd edib ki, Metropolitendə çıxışların məhdudiyyəti qeyri-mümkündür:“Bu, qeyri-real yanaşmadır. Çünki çıxışların məhdudiyyəti məsələsi heç zaman olmayıb. Yalnız girişlərin məhdudiyyətindən söhbət gedə bilər. Metropoliten olaraq birinci vəzifəmiz sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Məhz təhlükəsizliyi təmin etmək məqsədilə girişlərdə müəyyən məhdudiyyətlər ola bilər. Pandemiya dövründə də hərəkətin təşkili zamanı bunlara baxılacaq. Bir şeyi unutmaq lazım deyil ki, Metropoliten təkcə sərnişinlərin deyil, həm də orada çalışan çoxsaylı əməkdaşın sağlamlığını düşünür. 8-12 saat iş başında olan Metropoliten əməkdaşının da sağlamlığı vacib məsələlərdən biridir”.H. Məmmədov deyib ki, Metropolitenin işinin dayanması və digər məhdudiyyətlərin tətbiq olunması insan sıxlığının olmaması və pandemiyanın qarşısının alınması üçün idi:“Bunu nəzərə alaraq ən minimum zəruri işlərə işçi qüvvələri cəlb etmişik. Bizdən tələb olunan, bizi narahat edən məsələləri bu günə qədər həll edib aradan qaldırmışıq”.

8 may 2020
GO BACK