Təhsil Nazirliyi xüsusi karantin dövründə orta təhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi ilə bağlı detalları açıqlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər.
2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək