Qalmaqallı açıqlamaları ilə vaxtaşırı diqqət mərkəzinə düşən türkiyəli müğənni Demet Akalın sosial şəbəkədə yazdığı statusla gündəmə gəlib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, sənətçi hava istiləşdikcə küçəyə axışan vətəndaşları tənqid edib.
Akalın “Twitter” hesabında Səhiyyə naziri Fahrettin Kocanın adını işarələyərək bu sözləri yazıb:
“Bayrama qədər (Ramazan bayramı - red.) küçəyə çıxmaq qadağasını uzatmasanız, biz evdə qalanlar təxminən nə vaxt öləcəyik?”
Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyası səbəbindən müxtəlif vaxtlarda vətəndaşların küçəyə çıxması qadağan olunub.