Qadin.NET / Keti Perri karantindən danışdı

Keti Perri karantindən danışdı

Keti Perri karantindən danışdı


Məşhur amerikalı müğənni Keti Perri “Instagram”da canlı yayım zamanı britaniyalı aktyor Orlando Blumla birgə keçirdikləri özünü təcrid rejimində münasibətlərindən danışıb.

Qadin.Net bildirir ki, bu barədə Lenta.ru xəbər yayıb.

“Siz məni karantin vaxtı sevirsinizsə, deməli başqa vaxt da sevəcəksiniz. Karantin sizi hər şeydən yaxşı tanıdır”, - deyə o bildirib.

Müğənni evdə olanda sevgilidən heç nəyi gizlətməyin mümkün olmadığını da vurğulayıb. 

Məşhur müğənni, Blumla nişanlanmağın qaçılmaz olduğunu da deyib.

Qeyd edək ki, Keti Perri hazırda hamilədir.

8 may 2020
GO BACK