40 minə yaxın tələbə son tədris ilindədir. Onların artıq istehsalat təcrübəsi vaxtı başlayıb. Lakin onların onlayn tədrisə qoşulması məqsədəuyğun olmadı.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Nazir bildirib ki, ali təhsil müəssisələrinin rəhbərləri ilə keçirilən müzakirələrdə tədris ilinin uzadılmasına ehtiyac olmadığı qənaətinə gəlinib: "Beləliklə, ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur".
Nazir qeyd edib ki, ali təhsil müəssisələrində yay imtahanları iyun-iyul aylarında keçiriləcək. İmtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər.
C. Bayramov əlavə edib ki, buraxılış işi tələb olunan ixtisaslarda tələbələr buraxılış işlərini onlayn, ya da ənənəvi qaydada verə biləcək: “Yaradıcı sahələrdə isə buraxılış işləri azsaylı qruplarla ənənəvi qaydada keçiriləcək”.
Nazir qeyd edib ki, təcrübə müddətini tamamlamayan tələbələrin qiymətləndirilməsində həmin müddətin nəticəsi tələb olunmayacaq.
O həmçinin qeyd edib ki, hərbi çağırışa yollanacaq son sinif şagirdlərinin qiymətləndirilməsi iyunda aparılacaq