Qadin.NET / Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA

Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA

Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA


“Ali təhsil müəssisələrində tədris semestrinin uzadılması nəzərdə tutulmur”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində 176 minə yaxın tələbə təhsil alır, onların 75 faizi onlayn dərslərə qoşulub:

“Son tədris ilində olan 40 minə yaxın tələbə təcrübədə olmalı idi. Onların onlayn dərslərə qoşulması məcburi deyildi”.

7 may 2020
GO BACK