“Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, imtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyənləşdiriləcək texniki şərtlərə malik olmalıdırlar:
“Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanları keçiriləcək”.
Sədr əlavə edib ki, bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər