Qadin.NET / Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - DİM sədri açıqladı

Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - DİM sədri açıqladı

Qəbul imtahanına koronavirusla bağlı suallar salınacaq? - DİM sədri açıqladı


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlarda biologiya fənnindən imtahanlara koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, yuxarı siniflərdə hər zaman viruslarla bağlı dərslər keçirilib:

“COVID-19 virusların yeni növüdür. IX sinif dərsliyində “İnsan özünü virusdan necə qoruya bilər?” sualı var. Koronavirusdan qorunma ilə bağlı sual yazılsa, burada nə qəbahət olar?”

“Bu tip mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatım yoxdur.

Bunlar məndən asılı deyil. Amma belə mövzular var”, - deyə sədr qeyd edib.

7 may 2020
GO BACK