Qadin.NET / Ceyhun Bayramov xaricdə təhsil almaq istəyən tələbələrə səsləndi

Ceyhun Bayramov xaricdə təhsil almaq istəyən tələbələrə səsləndi

Ceyhun Bayramov xaricdə təhsil almaq istəyən tələbələrə səsləndi


“Xaricdə təhsil almaq istəyən tələbələr həmin ölkələrin universitetlərinin qaydalarına nəzər yetirməlidir”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, o qaydalara uyğun hərəkət etmək lazımdır:

“Tədris müddəti dayandırılan zaman elektron yerdəyişmənin keçirilməsinin praktik mənası yox idi. Təhsil müəssisəsi bu yerdəyişməni təsdiq etməlidir.

Təhsil müəssisələri fəaliyyət göstərmədiyi üçün rəhbərlik də işdə olmayıb. Ona görə yerdəyişmə bu il olmadı. Amma növbəti tədris ilindən sistem fəaliyyətini bərpa edəcək”

7 may 2020
GO BACK