Qadin.NET / "Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar

"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar

"Koronavirusdan ölmək qadağandır" - Qeyri-adi qərar


Meksikanın cənub-şərqindəki Verakrus əyalətindəki Sokonusko bələdiyyəsinin başçısı Rolando Rosas yerli sakinlərə koronavirusun yaratdığı xəstəlikdən ölmələrini qadağan edib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Televisa” kanalı məlumat yayıb. Müvafiq açıqlama kəndinin mərkəzindəki bannerdə yerləşdirilib.

“Əmrə əsasən, koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır”-deyə, məlumatda qeyd olunub.

Təxminən 5 200 insanın yaşadığı Sokonuskoda indiyə qədər heç bir yoluxma qeydə alınmayıb.

Rosasın sözlərinə görə, bu şəkildə o, əhalinin diqqətini xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə cəlb edib: “Düşünürəm ki, strategiya işlədi” bələdiyyə sədri əlavə edib.

7 may 2020
GO BACK