Qadin.NET / Koronavirusun ölümcül olmasının ƏSL SƏBƏBİ tapıldı - ŞOK ARAŞDIRMA

Koronavirusun ölümcül olmasının ƏSL SƏBƏBİ tapıldı - ŞOK ARAŞDIRMA

Koronavirusun ölümcül olmasının ƏSL SƏBƏBİ tapıldı - ŞOK ARAŞDIRMA


ABŞ-ın Los Alamos Milli Laboratoriyasının mütəxəssisləri COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2-nin 14 müxtəlif mutasiyasını kəşf edib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər virusun “Spike D614G” mutasiyasının ən sürətli yoluxan və öldürücü növ olduğunu açıqlayıb.

Araşdırmaya görə, “Spike D614G” insanların xəstəliyə ikinci dəfə yoluxması ehtimalını artırır.

Elm adamlarının apardığı araşdırma 6 mindən çox koronavirusun genetik bilgisinin kompüterdə analizinə istinad edir. Təkrar sınaqdan keçirilən analizin nəticəsində hər dəfə yeni tip koronavirus daha hakim vəziyyətə gəlməyə başlayıb. Elm adamları “Spike D614G”nin Uhan şəhərində yayılan orijinaldan daha yoluxucu və öldürücü olduğunu bildirir. Bu mutasiya növü insanın ağciyər hüceyrələrinə daha asan bağlanır, hətta insan orqanizminin virusa qarşı ifraz etdiyi antikorlara belə qalib gələ bilir.

Araşdırmanın hesabatına qeyd olunub ki, koronavirusun yeni tipi ilk dəfə fevral ayında İtaliyada görülüb. Daha sonra sürətlə ABŞ sahillərinə çatıb. Mart ayının ortalarından bəri dünyada ən çox yayılan versiya da məhz budur.

Araşdırmaçılar elm dünyasına xəbərdarlıq edir ki, virusun səthindəki tikanlı proteinlərə təsir göstərən “Spike D614G” səbəbilə peyvənd və dərman üçün aparılan bütün hazırlıqlar işə yaramaya bilər.

Hələ ki, təsdiqlənməmiş 33 səhifəlik hesabat “BioRxiv” saytında dərc olunub.

7 may 2020
GO BACK