Hollivud ulduzu Tom Kruz məşhur milyarder, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask və NASA ilə birlikdə kosmosda film çəkməyi düşünürlər.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, kosmik fəzada lentə alınacaq film döyüş janrında olacaq.
Sözügedən layihəyə kinostudiyaların heç biri hələlik müsbət cavab verməyib. Ekran işi haqqında ətraflı məlumat verilməsə də, filmin “Çətin tapşırıq” franşizasının davamı olmadığı bildirilib.
Qeyd edək ki, Tom Kruz rol aldığı bütün filmlərdə çətin fəndləri özü yerinə yetirir