“Azərbaycanda koronavirusdan müalicə olunan xəstələrə bir gün xərclənən vəsait 80-150 manat arasında dəyişir”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, bu, mart ayı üçün hesablanan rəqəmdir:
“Aprel ayının rəqəmləri analiz edilir”.
“Bu məbləğə xəstənin yemək, müalicə xərcləri, geyimi, maskası, həkimlərin əməkhaqları, verilən əlavələr və geyimlər daxildir”, - deyə sədr qeyd edib