“Yaxın zamanda ilk modul tipli xəstəxananın açılması gözlənilir”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Sədr qeyd edib ki, iyun ayına qədər Bakı daxil olmaqla, digər regionlarda da modul tipli xəstəxanaların istifadəyə verilməsi gözlənilir:
“Həmin tibb müəssisələrinə sırf COVID-19-la bağlı xəstələri yerləşdirə biləcəyik”