Qadin.NET / Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”


“Nə dövlət, nə ölkə başçısı istəməz ki, karantin rejiminin müddəti uzadılsın. Bu, iqtisadi baxımdan, bütün resursların bir istiqamətə səfərbər edilməsi baxımından ölkəmizə problem yaradır”.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Sədr bildirib ki, biz vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik:

“Biz pandemiya dövrünü uğurla başa çatdırmalıyıq. Bu isə bizim üzərimizə düşür. Dövlət üzərinə düşən öhdəlikləri görüb və görəcək. İctimai nəqliyyatdan istifadə edərkən maskalar taxılmalıdır.

Evə gələrkən yaxınlarımızla görüşməmişdən öncə əllərimizi yumalıyıq. Bunları etməliyik ki, qısa zamanda karantin rejimindən çıxaq və öz normal həyatımıza qayıdaq”

6 may 2020
GO BACK