“Şimal və cənub zonalarında yoluxmalar sərhədlərdən keçən həmvətənlərimizin xəstəliyi özləri ilə gətirməsi nəticəsində olub”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, Rusiyadan Azərbaycana gələn vətəndaşlarımızın əksəriyyətində koronovirus testləri pozitiv olub:
“Cənub zonasında yoluxma, əsasən, İrandan gələn vətəndaşlarda aşkar edilir. Lənkəran və Cəlilabad zonasında bu kimi yoluxmalar baş vermişdi. Zaman-zaman ocaqlar ortaya çıxır. Salyanda da dünən bu meydana çıxmışdı”.