Mərhum basketbolçu Kobe Brayantın arvadı Vanessa ərinin ona yazdığı məktubu tapıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, “Instagram” hesabında yazıb.
Vanessa Brayantın “ömrümün tək eşqi” başlığı ilə ona yazdığı məktubun şəkilini paylaşıb.
O, məktubu ad günündə açmağı planlaşdırıb. 38 yaşı tamam olacaq Vanessa mərhum əri və qızından ötrü çox darıxdığını, birlikdə olmağı arzuladığını deyib.
Xatırladaq ki, məşhur basketbolçu Kobe Brayant və qızı Janna-Mariyanın olduğu helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Helikopterin göyərtəsindəki doqquz nəfərin hamısı həlak olub