Qadin.NET / Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ

Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ

Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ


“Gəncə-Qazax bölgəsində koronavirusa yoluxma 14 faiz, Lənkəranda isə 10 faiz təşkil edir”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Gəncə zonasında koronavirusa yoluxma sürətlə artıb:

“Orada karantin rejiminə bir o qədər riayət olunmadığı üçün həmin bölgədə yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur.

Bir vətəndaş ailə üzvlərini xəstəliyə yoluxdurur. Digər tərəfdən, tibb işçiləri arasında yoluxma müşahidə olunur. Gəncədə də belə hal müşahidə olunmuşdu”.

6 may 2020
GO BACK